Paşinyan yaxşı diplomat deyil.
Bu sözləri “Şant” televiziyasına müsahibəsində Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan deyib.
“Mən cənab Paşinyanın danışıqlar aparmaqda böyük təcrübəsi olub-olmadığını bilmirəm, amma özümün danışıqlar aparmaqla bağlı maraqlı təcrübəm var. Təcrübəm fərqli istiqamətləri əhatə edir. İndiyə qədər danışıqlar prosesini uduzmamışam. Yaxşı natiq olmaq hələ yaxşı diplomat olmaq demək deyil”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Paşinyan demişdi ki, Karapetyan onunla danışıqlara girməkdən qorxur, Qarabağ danışıqlarını necə aparacaq?