İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın İrana qarşı nümayiş etdirdiyi siyasəti kəskin tənqid edib.
Bu barədə ölkə başçısı Tehranda çıxışı zamanı danışıb.
“ABŞ-da İrana qarşı kəskin ifadələr səsləndirən biri İran İslam Respublikasının inqilabının 40-cı ilini görə bilməyəcəyini söyləyib. Hazırda inqilabımızın 40-cı ilindəyik və inşallah 11 fevralda daha çox uğur əldə edərək inqilabımızın 41-ci ilini qeyd edəcəyik”, - Ruhani bildirib.