İran nüvə müqaviləsinə baxmayaraq, gizli nüvə silahı proqramını davam etdirir.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu sözügedən iddiası ilə bağlı əllərində sübutların olduğunu və İranın nüvə arxivinin surətlərini ələ keçirdiklərini vurğulayıb: "İran rəhbərliyi əvvəllər heç nüvə silahını inkişaf etdirməyə çalışmadı, lakin ələ keçirdiyimiz sənədlər İranın keçmiş nüvə silahı proqramlarını sübut etdi".
Ələ keçirdikləri 100 mindən çox sənədin nüvə müqaviləsinin yalanlar üzərində qurulduğunu sübut etdiyini deyən Netanyahu sənədlərin İranın bütün dünyaya yalan danışdığını sübut etdiyini söyləyib.