Ermənistanın hakim Respublika Partiyasının tərkibində situasiya dəyişib.
Bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.
“Serj Sərkisyan partiya liderliyini Karen Karapetyana verdiyini deməsinə baxmayaraq, hələ də öz postundan əl çəkməyib. Bununla belə, Karapetyanın yenidən Ermənistanı tərk edərək, “Qazprom”a geri dönəcəyi gözlənilir. Məsələ ondadır ki, partiya və Karapetyan arasında bu dövrdə münasibətlər daha da gərginləşib. Buna səbəb isə Karapetyanın Sərkisyandan sonra öz vəzifəsində qalmağa cəhd etməsi və bunun üçün xarici dəstək axtarmasıdır. Bu isə Serj Sərkisyanın heç xoşuna gəlməyib”, – deyə qəzet bildirib.