ABŞ-ın zorla imzalatmaq istədiyi “Yüzilliyin anlaşması” layihəsinin əsas hədəfi Fələstini aradan qaldırmaqdır.
Bu sözləri HƏMAS sözçüsü Sami Əbu Zuhri deyib.
Fələstin xalqının məsələnin ciddiyətinin fərqində olduğunu və “Yüzilliyin anlaşması” layihəsini rədd etdiyini vurğulayan Əbu Zuhri islam dünyasını “Qüds müsəlmanların torpağıdır” demək üçün küçələrə axın etməyə çağırırb.
Xatırladaq ki, “Yüzilliyin anlaşması” layihəsi ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflərinə verilən addır.