Əfqanıstan ordusuna məxsus hərbi helikopter ölkənin cənubunda yerləşən Gilmənd əyalətində təcili eniş zamanı partlayıb.
Bu barədə Əfqanıstanın Müdafiə Nazirliyindən informasiya yayılıb.
Məlumata görə, xüsusi əməliyyatda iştirak edən helikopterin təcili eniş etməsinə səbəb texniki nasazlıq olub. Heyət üzvləri təhlükəsiz əraziyə təxliyə edilib.
Taliban isə helikopterin əməliyyat zamanı onlar tərəfindən vurulduğunu və heyət üzvlərinin hamısının həlak olduğunu açıqlayıb.