Sarkisyan Paşinyanı devirib, hakimiyyətə qayıtmaq istəyir PLANIN DETALLARI

Dünya 22:47 18.05.2018
Ermənistanın keçmiş iqtidar, indi isə müxalifətdə olan Respublikaçılar partiyasının adının çəkilməsini istəməyən yüksək vəzifəli üzvü “EADaily”yə açıqlamasında bildirib ki, sabiq baş nazir Serj Sarkisyan gözləmə mövqeyinə keçərək, siyasi səhnəyə qayıtmaq üçün əlverişli məqam gözləyir. 
 
Erməni KİV-i xəbər verir ki, mənbənin sözlərinə görə, Paşinyanın hökumət proqramının qəbuluna mane olmamaq barədə göstəriş verilib. Həmçinin yeni hökumətin fəaliyyətini populizm və emosiyalardan uzaq olmaq şərtilə, sadəcə tənqid etmək tapşırılıb. 



"Bunun 2 səbəbi var. Birincisi, hazırda Respublikaçılar partiyası ictimai dəstəyini itirib. Ona görə də populizm bizə kömək etməyəcək. İkincisi, Paşinyan hökumətinin daha çox xarici siyasət sferasındakı savadsız fəaliyyəti və bəyanatlarının dəqiq və açıq şəkildə yayılmasını təmin etməkdir. Paşinyan komandasının səriştəsizliyini nəzərə alsaq, mütləq kobud səhvlərə yol verəcəklər. Respublikaçılar ümid edir ki, yeni hökumət tezliklə uğursuzluğa düçar olacaq. Çünki cəmiyyətin inqilabi gözləntilərini çətin ki, doğrulda bilsinlər.” 



Respublikaçıların nümayəndəsi bir məqamı xüsusilə vurğulayıb ki, Serj Sarkisyan onlara Paşinyan hökumətinin fəaliyyətini sakitcə izləməyi və yalnız 3 mühüm məsələdə: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü və Avropa İttifaqı ilə hərtərəfli geniş əməkdaşlıq sazişinin realizəsi məsələlərində qəti kompromis göstərmədən birbaşa fəaliyyətə keçməyi tapşırıb. 

Ermənistanın “Joxovurd” qəzeti yazır ki, Sarkisyan öz partiyadaşlarına 3 ay da gözləməyi məsləhət görüb və deyib ki, bu müddət ərzində Paşinyan Nazirlər Kabinetinin işini bərbad vəziyyətə salacaq və xalq da bundan məyus olacaq. 7 iyunda yeni hökumətin proqramı irəli sürüləndən sonra Respublikaçılar Paşinyanı nüfuzdan salmaq üçün əməli işə keçəcəklər. 



Bu kontekstdə, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın bu gün Paşinyan haqqında söylədiklərindən belə qənaətə gəlmək olar ki, Serjikin planlarına "yaşıl işıq" yana bilər. Baqratyanın fikrincə, ya Paşinyanın hakimiyyəti dövründə də iqtisadi inkişafla bağlı yalan davam etdiriləcək, ya da Nikolun hökuməti çökəcək. Başqa yolu yoxdur. 

“Paşinyan ölkədə statistik yalanların baş alıb getməsilə bağlı fikirlərinə rəğmən, Milli Statistika Xidmətinin sədri vəzifəsinə yenə də həmin yalanların müəllifini təyin etdi. Stepan Mnaçakanyan əvvəlki hökumətdə 7,5 faiz iqtisadi inkişafdan danışırdı. Yəni doğrudan 7,5 faiz artım qeydə alan hakimiyyəti tam dəyişirlər? Ya iqtisadi yalanlar yenə davam edəcək, ya da Paşinyan hökuməti çökəcək. Bununla da, xalqın etimad göstəricisi sıfıra enəcək” – deyə Baqratyan bildirib.



O, Paşinyanı xalqa yalan danışmaqda ittiham edib: “Vaxtilə Paşinyan indiki prezident Armen Sarkisyanın Ermənistan vətəndaşlığına şübhə edirdi və Britaniya vətəndaşlığından çıxmasına dair sənədlərini ictimaiyyətə göstərməyi tələb edirdi. Baş nazir seçildikdən sonra isə onunla görüşdü və birdən-birə gəlib bəyan etdi ki, Armen Sarkisyanın vətəndaşlığı ilə bağlı sənədlər qaydasındadır və bunu öz gözləri ilə görüb. Sual yaranır ki, prezident niyə təkcə Paşinyana bu sənədləri göstərib və niyə indi həmin Paşinyan bu sənədlərin ictimailəşdirilməsini tələb etmir?”. 

Sabiq baş nazir daha bir həssas məqama toxunub - Paşinyan çox çətin bir məsələ barəsində xalqa söz verib: 2008-ci il seçkilərində hökumətin mart qırğınının üstünü açmaq. 

Görünən odur ki, bu gedişlə Paşinyanın özü Serjikin yolunu gedəcək.(AzVision.az)
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Hamısı