Rusiyanın Suriyada missiyası hələ sona çatmayıb, Dəməşqin ehtiyacı olduğu müddətcə bu ölkədə mövcudluğumuzu davam etdirəcəyik.
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Suriyada tapşırılan bir çox vəzifə uğurla tamamlanıb, məqsədlərə nail olunub. Ölkəmiz İŞİD-in hərbi və siyasi mərkəzinin dağıdılmasına həlledici töhfə verdi. Daha sonra 2017-ci ildə Rusiyanın hərbi kontingentinin böyük bir hissəsi Suriyadan çıxarıldı. Ancaq Rusiyanın Suriyadakı missiyası hələ sona çatmayıb", - Lavrov qeyd edib.