ABŞ Prezidenti Donald Trampla görüşün konstruktiv keçəcəyinə inanıram.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Tramp düşüncəli biridir. Dinləməyi bacarır və qarşısındakı şəxsin arqumentlərinə cavab verir. Bütün bunlar aramızdakı dialoqun konstruktiv keçəcəyinə inamı artırır”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, rus lider Avstriya kansleri Sebastian Kurtsdan Trampla Vyanada görüş təşkil etməyi xahiş etmişdi.