ABŞ-ın Kaliforniya ştatının üç ayrı ştata parçalanması ilə bağlı səsvermə noyabrın 6-da keçiriləcək.
Bunu “Foks Nyus”a açıqlamasında Kaliforniya ştatının katibi Aleks Padilla deyib. O, bu barədə yekun qərarın 28 iyunda veriləcəyini bildirib.
Qeyd edək ki, bu təşəbbüs amerikalı investor Tim Dreyper tərəfindən irəli sürülüb. Təşəbbüsə əsasən, ştat mərkəz, cənub və şimal ştatlarına bölünməlidir. Yeni ştatlara vətəndaşların ad verməsi gözlənilir.
Layihənin Konqres tərəfindən təsdiqlənməsinə də ehtiyac var.