Karen Karapetyan kapitalını Ermənistandan çıxarmağa çalışır.
Bu barədə “Jamanak” məlumat qəzeti yayıb.
“Keçmiş baş nazir Karen Karapetyan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra parlamentin iclaslarına qatılmır. O daha çox Gürcüstanın Tiflis və Batumi şəhərlərində vaxtını keçirir. Deyilənə görə, Karapetyan Ermənistandan öz kapitalını çıxarmağa və Gürcüstana böyük investisiyalar yatırmağa cəhd edir. Bununla belə o, gizli şəkildə Ermənistandan olan şəxslərlə görüşlər keçirir və ölkədəki son vəziyyəti müzakirə edir” – deyə qəzet bildirib.