Keçən ay pilates edərkən qolunda iki əzələsi yırtılan Seda Sayan təcili əməliyyat edilib.
Sayan əməliyyat olmaq üçün proqramının mövsüm finalına getməsini gözləyib. Onur Akay həmkarı Seda Sayanın istirahət etdikdən sonra əməliyyat olmağı planlaşdırdığını, amma ağrılarının dözülməz hala gəldiyini xəbər verib.
Televiziya ulduzu dünən özəl xəstəxanada əməliyyat olunub. Həkim Sarper Çetinkaya əməliyyatın uğurlu keçməsi haqqında məlumat verib.