Türkiyə yaxın vaxtlarda ABŞ-dan alacağı beşinci nəsil F-35 Lightining II döyüş təyyarələrindən faydalana bilməyəcək.
Bu sözləri “Drive” müəllifi Cozef Trevitik deyib.
“Təsdiqini tapmasa da, ortalıqda gəzən bir sıra məlumatlara görə, ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türk həmkarlarına əldə etdikləri F-35 qırıcılarının çalışmayacağını bildirib”, - ekspert vurğulayıb.
Trevitikin sözlərinə görə, ABŞ Türkiyəyə F-35 təyyarələrini məhdudlaşdırılmış ALİS (Autonomic Logistics İnformation System) sistemi ilə verəcək. Hətta Türkiyə sözügedən sistem olmadan qırıcının fəaliyyətini qaydasına qoya bilsə belə, ehtiyat hissələrinin olmaması F-35-lərdən uzun müddət istifadəyə imkan verməyəcək.
Ekspert hesab edir ki, Türkiyənin ABŞ və müttəfiqlərinin dördüncü nəsil qırıcılarının beşinci nəsil döyüş təyyarələri ilə əvəzlənməsini nəzərdə tutan JSF (Joint Strike Fighter) proqramından təcrid olunmasının maddi-texniki nəticələri sarsıdıcı ola bilər.
Xatırladaq ki, Türkiyəyə ilk F-35 qırıcıları bu gün təslim ediləcək.