Adnan Oktarla bağlı İNANILMAZ FAKTLAR ÜZƏ ÇIXDI gizli sənədlər, MOSSAD və... - YENİLƏNİB

Dünya 13:45 11.07.2018

İctimaiyyətdə “Adnan hoca” kimi tanınan din xadimi Adnan Oktarın həbs edilməsi ilə bağlı maraqlı təfərrüatlar meydana çıxıb.

A.Oktar həbs olunduqdan sonra sağlamlıq testindən keçmək üçün İstanbul Haseki Təhsil və Araşdırma Xəstəxanasına gətirilib. O, xəstəxanaya girdiyi əsnada “ingilislərin oyunu” ifadəsini işlədib.

Ona qarşı qaldırılan ittihamların arasında hərbi casusluq etməsi xüsusi diqqət çəkib. Onun hərbi casusluq çərçivəsində Türkiyəyə aid gizli sənədləri və bilgiləri İsrailin Kəşfiyyat Agentliyi olan MOSSAD vasitəsilə İsrailə göndərdiyi bildirilib.

İstintaq və həbs əməliyyatlarının sifarişinin İngiltərə kəşfiyyatından gəldiyini iddia edın Adnan Oktar verdiyi açıqlamada “İngiltərə kəşfiyyatı uzun müddətdir bizə qarşı istintaq açılmasını istəyirdi. Buna görə Türkiyəyə heyət göndərildi. Tayyib bəyin də İngiltərə səfəri zamanı bu tələb ona bildirildi. Biz vətənə, millətə sayğılı insanlarıq. PKK-ya, millət düşmənlərinə istintaq açılması lazım ikən bu, bizə edilir. Bu əməliyyatdan Tayyib bəyin də, daxili işlər nazirinin də xəbəri olduğunu düşünmürəm. Küskün deyiləm, amma təəccüblüyəm”.

***

Adnan Oktarın İstanbul Çəngəlköydə yerləşən evinə basqın zamanı çox sayda silah, qoruyucu jiletlər və zirehli avtomobillər aşkarlanıb.

Əməliyyat zamanı Adnan Oktar və mühafizəçiləri polisə müqavimət göstərib. Əlavə olaraq, A.Oktarın canlı yayım edən “A9” televiziyasına da səhər saatlarında əməliyyat təşkil edilib.

İstanbul Baş Polis İdarəsindən verilən açıqlamada “Adnan Oktarın cinayətkar təşkilatına qarşı əmıliyyat başladılıb. əməliyyat çərçivəsində 235 şübhəli həbs edilib” sözlərinə yer verilib.

Adnan Oktar və yanındakılar haqqında çox sayda şikayət qeydə alınıb. Azyaşlı qızların ailələri, fırıldağa məruz qalanlar, təşkilatdan ayrıldığı üçün böhtana və şantaja məruz qalanlar oktardan şikayət ediblər.

Adnan Oktar və tərəfdaşları aşağıdakı cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik.

***

Türkiyədə səhərə yaxın özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 235 şübhəli saxlanılıb.

Haberler xəbər verir ki, İstanbul Polis İdarəsindən edilən açıqlamada bu ifadələrə yer verilib:

"Adnan Oktarın dəstəsi cinayət törətmək məqsədi ilə təşkilatlanaraq uşaqların cinsi istismarı, zorakılıq, cinsi azlıqla intim əlaqə, uşaqların oğurlanması və cinsi təcavüzü, şantaj, şəxsi azadlığa müdaxilə, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, şəxsi həyatı ictimailəşdirmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizəyə qarşı çıxmaq, təhdid, böhtan, gəncləri hərbi xidmətdən yayındırmaq, təhqir, yalan şahidlik, qaçaqmalçılığa qarşı mübarizəyə müdaxilə, vergidən yayınma, rüşvət, təhsilə mane olmaq, siyasi haqlardan istifadəyə mane olmaq, qadına qarşı şiddətin əngəllənməsi qanununa qarşı çıxmaq kimi əməllərdən 11.07 2018 tarixində 235 şübhəliyə qarşı cinayət işi açılıb". (publika)
 
 
 
 
 
 
 

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
Hamısı