ABŞ Prezidenti Donald Tramp ölkə mediasına açıqlamasında 2016-cı il seçkilərində Rusiya müdaxiləsinin olduğunu qəbul edib.
Ağ Ev rəhbəri bu müdaxilənin seçki nəticəsinə təsiri olmadığını vurğulayıb.
“ABŞ kəşfiyyatına inamım və dəstəyim birmənalıdır. Kəşfiyyat qurumlarının Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı rəyini qəbul edirəm”, - deyə Tramp bildirib.
Qeyd edək ki, dünən Putinlə görüşdən sonra dövlət başçısını bu cür açıqlama verməsi diqqət çəkib.