Ermənistanın keçmiş prezidenti Rober Köçəryanın həbs edilməsinə dair ərizəyə baxılır.
Köçəryan dindirilmək üçün yenidən istintaqa çağırılıb.
Yaxın saatlarda məsələ ilə əlaqədar qərar veriləcək.
Qərar təsdiqlənəcəyi halda, keçmiş prezident həbs ediləcək.
Qeyd edək ki, Robert Köçəryan 2008-ci ildə İrəvanda keçirilmiş mitinqlərdə vətəndaşlarla odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.
O, bununla bağlı istintaqa ilk ifadəsini iyulun 26-da verib.