Rusiyanın Krasnoyarsk vilayətində sərnişin helikopteri qəzaya uğrayıb.
Mi-8 tipli sərnişin helikopterinin qəzaya uğraması nəticəsində 3-ü heyət üzvü olmaqla göyərtədə olan 18 nəfər həlak olub.
İqarka şəhərindən 2 km aralıda sərt eniş edən vertolyotun göyərtəsindəki sərnişinlərin "Ankor" şirkətinin əməkdaşları olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya texniki nasazlıq, yaxud pilotun səhvi səbəb olub.