Bir neçə gün öncə “Əl Qaidə” terror təşkilatının lideri Usamə Bin Ladenlə bağlı 20 il sonra ilk dəfə açıqlamalar yayan “The Guardian” qəzeti bu dəfə terror liderinin oğlu Həmzə Bin Ladenlə bağlı şok iddialarla çıxış edib.
Qəzet oğul Ladenin 11 sentyabr Əkiz Qüllələr faciəsinin təşkilatçılarının lideri olan Məhəmməd Əttanın qızı ilə evləndiyini açıqlayıb.
Bu faktı Usamə Bin Ladenin ögey qardaşları Əhməd və Həsən Əl Əttas qəzetə danışarkən təsdiq edib. Onların etirafına görə, Həmzə Bin Laden “Əl Qaidə”nin tərkibində ali səviyyəli bir vəzifədə olub və 7 il öncə Amerikanın xüsusi qüvvələri tərəfindən Pakistanda öldürülən atasının intiqamını almaq üçün and içib.