Ermənistanda hərbi komissarlığın rəisi nəyə görə həbs edilib? DETALLAR

Dünya 15:32 09.08.2018
Ermənistan hərbi komissarlığının Masis bölməsinin rəisi və daha iki əməkdaşı həbs edilib. 

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın təhlükəsizlik xidmətinin əməliyyat qrupu tərəfindən ötən aylar ərzində təşkil edilmiş geniş miqyaslı əməliyyat kəşfiyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar qruplar aşkar edilərək zərərsizləşdirilib. 

Bu cinayətkar qruplara vasitəçilər, icraçılar, təşkilatçılar, hərbi kopmissarlıqların fəaliyyətdə olan və olmayan əməkdaşları, tibb mərkəzlərinin əməkdaşları daxildirlər. Onlar, rüşvət olaraq götürdükləri vəsaitlərin müqabilində erməni çağırışçıların həqiqi hərbi xidmətdən qanunsuz olaraq azad olunmaları və ya möhlət hüququ verilməsini, xidmətdə olan müddətli xidmət hərbi qulluqçuların seçdikləri hərbi hissələrə yerləşdirilmələrini, müxtəlif diaqnozlarla vaxtından əvvəl hərbi xidmətdən azad olunmaları proseslərini həyata keçiriblər. 

Əldə edilmiş materiallar əsasında Ermənistan təhlükəsizlik xidmətinin istintaq idarəsində cinayət işləri qaldırılaraq, araşdırmalar aparılıb. Aparılan fəaliyyət nəticəsində Ermənistan MTX 2018-ci ilin iyul ayında daha belə bir fakt aşkar edib. 

İlkin məlumatlara əsasən Ermənistan müdafiə nazirliyinin Ararat vilayəti hərbi komissarlığının Masis bölməsinin rəisi “S.B” 2018-ci il birinci çağırışı üzrə 4 nəfər çağırışçının saxta tibbi diaqnoz əsasında hərbi xidmətdən möhlət hüququ verilməsinə yardım etmək məqsədilə 7000 ABŞ dolları həcmində rüşvət alıb. Həmin vəsaitin bir hissəsini tanışı vasitəsilə tələb olunan diaqnozun qoyulması üçün tibb mərkəzinin tibb mütəxəssisinə verib. Həmin vəsaitin bir hissəsini isə mərkəzi tibbi komissiyasının üzvləri vasitəsilə həmin hərbi qulluqçulara möhlət verilməsini təşkil etmək məqsədilə Masis hərbi komissarlığının sabiq əməkdaşı, ehtiyatda olan mayor "M.Q"yə verib. 

Məlum olub ki, "M.Q" hələ vəzifədə olarkən hər biri 4000 ABŞ dolları müqabilində 2 nəfər çağırışçıya möhlət verilməsi prosesini təşkil edib. Bundan başqa o, hərbi xidmətlə bağlı müxtəlif məsələləri həll etmək adı ilə 7 nəfər ayrı-ayrı şəxslərdən 150-4000 ABŞ dolları həcmində vəsait alıb. Lakin o, aldığı vəsait müqabilində heç bir iş görmədən, həmin vəsaitləri aldatma yolu ilə mənimsəyib. Törədilən cinayətlərlə bağlı Ermənistanın təhlükəsizlik xidmətinin istintaq idarəsində cinayət işi qaldırılıb. 

Cinayət işinin araşdırılması çərçivəsində Ararat vilayəti hərbi komissarlığının Masis bölməsinin rəisi, Masis hərbi komissarlığının sabiq əməkdaşı və tibb mərkəzinin tibb mütəxəssisi həbs edilib. 

Araşdırma davam edir.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı