Belarusun dövlət informasiya agentliyi olan BelTA-nın məlumatlarından icazəsiz istifadə etməkdə suçlanan bir neçə jurnalist azadlığa buraxılıb. Bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb.
Eurasia Diary BelTA-ya istinadən bildirir ki, azadlığa buraxılanlar arasında Belarusun ən böyük onlayn informasiya mediası olan "Tut.by"ın baş redaktoru, "TutBay Media"nın baş meneceri Marina Zolotova da var.
M.Zolotova etiraf edib, məhz onun göstərişi ilə Tut.by-ın əməkdaşları uzun müddət BelTA-nın pullu abunəsinə daxil olmaq üçün rekvizitlərdən qanunsuz istifadə ediblər.