Eurasia Diary Haber Türk-ə istinadən xəbər verir ki, ABŞ-ın Suriya təmsilçisi Ceyms Ceffrey 1-4 sentyabr tarixlərində İsrail, İordaniya və Türkiyəyə səfər edəcək. ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bu səfərdə Ceffreylə birlikdə ABŞ-ın Suriyadaki səfiri Joel Raybörnün də iştirak edəcəyi bildirilib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Ceffrey İsrailli nümayəndələrlə görüşündə Suriyadaki son vəziyyət, İsrailin təhlükəsizliyi və İranın regionda sabitliyi pozan fəaliyyətləri barədə danışıqlar aparacağı qeyd olunub. Ceffreyin İordaniya və Türkiyə səfərlərində isə İdlibə ediləcək hər hansı hərbi müdaxilənin regionda vəziyyəti kəskinləşdirə biləcəyi və yerli əhalinin həyatını təhlükəyə atacağına diqqət çəkəcəyi bildirilib.