F-35 qırıcılarının zəif yeri aşkarlandı | Eurasia Diary - ednews.net

20 Oktyabr,


F-35 qırıcılarının zəif yeri aşkarlandı

Dünya A- A A+

ABŞ istehsalı olan F-35 qırıcısının zəif yeri aşkarlanıb.

Təyyarə şimşək qarşısında açizdir.

Məlum olub ki, avqustun əvvəlində ABŞ dəniz piyadaları Korpusu Yaponiyadakı hərbi bazada yerləşən F-35 qırıcıları üçün şimşək əleyhinə xüsusi qurğular istəyib. Bu onunla izah olunub ki, F-35 təyyarələrinin şimşək əleyhinə etibarlı müdafiəsi yoxdur.

Qeyd olunur ki, bu, sözügedən təyyarələrin istehsalında kompozit materiallardan istifadə olunması ilə bağlıdır.

Pentaqonun məlumatına görə, artıq F-35 təyyarələrinin istehsalçısı olan “Lockheed Martin” korporasiyası təyyarələrin elektron beynini şimşək çaxmasından müdafiə edəcək sistemin sınaqlarını keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...