Eurasia Diary “Aljazeera”-ya istinadən xəbər verir ki, Yəməndə Husi üsyançıları BMT ilə ağır yaralıların təxliyyə edilməsinə dair memorandum imzalayıb.
Yəmən Xarici İşlər Naziri Hişam Abdulla Şərəf ilə BMT nümayəndəsi Liza Qrande sazişə qol çəkib.
“Memorandum yaralıların xaricdə müalicə alması üçün ilk addımdır”,- deyə xarici işlər naziri bildirib.
BMT tərəfindən irəli sürülən sülh danışıqları uğursuzluğa düçar olduqdan sonra ölkədə döyüşlər intensivləşib.