Ekvadorda 6.7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Esmeraldes şəhərinin 58 kilometr cənubunda olduğu açıqlanıb. "Eurasia Diary" xəbər verir ki, zəlzələ yerin 10 kilometr altında baş verib. İtki barədə məlumat verilmir.
Xatırladaq ki, keçən ay Ekvadorda baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində 650-dən çox adam ölüb, 16 min 600 nəfər yaralanıb.