TBMM-nin sədri Yıldırım "Onlar nə edərlərsə, etsinlər hansı alçaqlığı törədirlərsə törətsinlər, bu torpaqlarda terrorun 't'sı qalmayacaq. Dövlətimiz bu məsələdə qərarlıdır" deyə bildirib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, TBMM-nın sədri Binəli Yıldırım Egey Universiteti Prof. Dr. Yusuf Vardar MÖTBE Mədəniyyət Mərkəzində Egey Universiteti 2018-2019 Akademik İlin Açılışı və Fəxri Doktor Mərasiminə qatıldı.
Mərasimdə Egey Universitetinin rektoru Prof. Dr. Necdət Budak tərəfindən fəxri doktor diplomu təqdim olunub.
Tədbirdən sonra çıxış edən Yıldırım terror təşkilatı PKK-nın bu gün səhər saatlarında axtarış missiyası ilə əraziyə çıxan jandarmalara tələ qurduğunu, kustar üsulla hazırlanan partlayıcının partlaması nəticəsində Türk ordusunun 7 əsgəri öldürülüb, ikisi isə yaralanıb dedi.