Vyetnamda 5 nəfər 8 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Onların sosial şəbəkələrdə yazdıqları status və öz mövqelərini dinc şəkildə ifadə etmələri hökumət əleyhinə fəaliyyət kimi qiymətləndirilib.
Eurasia Diary “Report” a istinadən xəbər verir ki, bu barədə "Amnesty International" hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, müttəhimlər xalq hakimiyyətinin devrilməsinə yönəlmiş hərəkətlərdə müqəssir biliniblər. Qərar Vyetnam Cinayət Məcəlləsinin 79-cu maddəsi üzrə çıxarılıb.
"Amnesty International"ın məlumatına görə, ötən ay Vyetnamda daha 8 nəfər hökumət əleyhinə fəaliyyətə görə həbs edilib.