ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə 11 saat Rusiya sərhədində dövr edib. Eurasia Diary İnterfaks"a istinadən xəbər verir ki, ABŞ-a məxsus "RQ-4B Qlobal Havk" pilotsuz təyyarəsi əvvəlcə Ukraynanın hava məkanında uçuş həyata keçirib, daha sonra Polşanın hava məkanına daxil olub.
Pilotsuz təyyarə bir neçə saat Kalininqrad ərazisinə yaxın sahədə kəşfiyyat uçuşu aparıb. Bununla kifayətlənməyən PUA Litva və Estoniyanın hava məkanına daxil olub.
Sonda təyyarə İtaliyaya geri dönüb.