Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, bu gün kiçik qayıqla gələn 120 miqrant Malta silahlı qüvvələri tərəfindən xilas edilib.
Malta silahlı qüvvələri bildirir ki, qayıq patrullar tərəfindən görülüb və içərisində olan miqrantların milliyəti bəlli deyil. Qayıqla gələn miqrantlar Maltaya Aprel ayından bəri gələn ən böyük qrupdur.
Avropa hələ də dənizdən gələn miqrantlarla bağlı problemlər yaşayır. 2014-cü ildən bəri Şimali Afrika sahillərindən İtaliyaya 650 minə yaxın miqrant gəlib. Bu hadisələrin gedişatında Roma anti-miqrasiya xətti yaratmağa başlayıb.