ABŞ Səudiyyənin başçılıq etdiyi koalisiyanı Yəmənə edilən aviazərbələrin dayandırılmasına çağırır.
Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
"Husilərin nəzarətində olan ərazilərdə raket zərbələri və uçuş aparatlarının hərəkətləri də daxil olmaqla, düşmən fəaliyyətinə son qoymaq zamanı gəlib. Koalisiya Yəmənin bütün məskun edilmiş bölgələrində hava zərbələrini dayandırılmalıdır", - deyə Pompeo söyləyib.
Dövlət katibi tərəfləri regionda silahzılaşdırılmış bölgə yaratmaq üçün üçüncü ölkədə danışıqlar aparmağa çağırıb
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ötən gün "Ənsar Allah" qruplaşmasının 150 üzvünün zərərsizləşdirdiyini bildirib.Raket zərbəsi qruplaşmanın təlim-məşq bazasını hədəfə alıb.