ABŞ Prezidenti Donald Tramp Türkiyənin mərhum prezidenti Turqut Özalla dostluq edirmiş.
Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, hələ illər əvvəl mətbuatda “Turqut Özalın skandal dostu” başlıqlı xəbər yayılıb.
Bəlli olub ki, həmin xəbərdə Özalın Amerikaya səfər edərkən dostu, milyarder Trampın evində qalacağı bildirilib.
Həmin vaxt media Trampın göydələnləri, qumarxanaları və skandalları ilə məşhur olduğunu qeyd edib.
Dövrün mətbuatı bildirib ki, Özal cütlüyü Trampın Myamidə yeni aldığı malikanəsində qonaq olacaq.