Şənbə günü İndoneziyanın Şimali Sumatra adasında Sinabunq vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bunu İndoneziyanın Təbii fəlakətlərlə mübarizə üzrə idarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroxo bildirib.
Üç nəfərin durumu ağırdır.
Qeyd edək ki, bundan əvvəl vulkan püskürməsi nəticəsində 3 nəfərin öldüyü bildirilmişdi.
"APA"