BMT-nin baş katibi soyqırımı cinayətləri törədənləri mühakimə etməyə çağırıb

Dünya 14:03 09.12.2018

1948-ci il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qəbul edib.

Eurasia Diary xəbər verir ki, dünya ictimaiyyəti üçün bu mühüm sənədin qəbul edilməsinin 70-ci ildönümü ərəfəsində keçirilən tədbirdə çıxış edən təşkilatın baş katibi Antonio Quterreş bütün bəşəriyyəti soyqırımı cinayətləri qurbanlarının xatirəsini anmağa çağırıb.

A.Quterreş indiyədək bu sənədə qoşulmayan 45 ölkəyə də tezliklə Konvensiyanı imzalamağı təklif edib. Onun sözlərinə görə, soyqırımı cinayətləri ilə mübarizə sahəsində hüquqi əsas olan sənədi 149 ölkə ratifikasiya edib. Baş katib xatırladıb ki, Konvensiyanın qəbul edilməsi Holokost zamanı 49 yaxınını itirmiş Rafael Lemkin adlı insanın səylərinin nəticəsidir. “Nürnberq məhkəməsində nasistlər insanlıq əleyhinə cinayətlərinin cəzasını aldılar, amma Lemkini bəşəriyyətin gələcəyi narahat edirdi. O, yeni hitlerlərin ortaya çıxmasının qarşısının alınmasını istəyirdi”, -deyə A.Quterreş diqqətə çatdırıb.

Baş katib əlavə edib ki, Konvensiyaya müvafiq olaraq soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən bu cür qrup üzvlərinin öldürülməsi, bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi, qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması, bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi, bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi hərəkətlərini ehtiva edir. A.Quterreş deyib: “Soyqırımı cinayətlərinin qarşısını almaq üçün Konvensiyanın müddəalarını həyata keçirmək, birgə tədbirlər görmək lazımdır. Lakin bəşəriyyət bir çox hallarda həyəcan siqnallarına cavab verə bilmir. Konvensiyanın qəbul edilməsindən sonra Ruanda, Kamboca və Srebrenitsada törədilən soyqırımı cinayətləri buna sübutdur. Yetmiş il keçməsinə baxmayaraq, hələ də etnik və dini zəmində qətliamlar davam edir. Ən son hadisələr – Myanmada müsəlmanların faciəsi və “İslam dövləti” terror təşkilatının İraqda yezidi kürdlərə qarşı törətdiyi cinayətlər də bunu göstərir”.

BMT-nin rəhbəri təəssüflə vurğulayıb ki, bütün dünyada irqçilik, ksenofobiya, antisemitizm və islamofobiya təzahürləri getdikcə artır. “Hamımıza məlumdur ki, bu cür ritorika ciddi cinayətlərə, o cümlədən yeni soyqırımı aktlarına gətirib çıxara bilər. Bu mənfi hallara qarşı mübarizə aparmaq üçün cəsarət, siyasi iradə və qətiyyət tələb olunur. Konvensiyada bunun üçün bütün əsaslar mövcuddur”, -deyə baş katib əlavə edib.

A.Quterreş keçmiş Yuqoslaviya, Ruanda və Kamboca üzrə tribunalları xatırladaraq bildirib ki, digər soyqırımı cinayətlərinin günahkarları da ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı