Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün Parisə səfər edəcək.
Eurasia Diary xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mnatsakanyanın səfəri iki gün davam edəcək. O, Parisdə Fransa Xarici İşlər naziri Jan İv Le Drian, Fransa parlamentinin Xarici İşlər Komitəsinin sədri Mariel de Sarneslə görüşəcək.
Bununla bərabər o, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edəcək və Fransadakı erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.