Nazarbayev qurultayda ağladı - VİDEO | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Nazarbayev qurultayda ağladı - VİDEO

Dünya A- A A+

Bu gün Qazaxıstanın hakim partiyası “Nur Otan”ın XIX növbədənkənar qurultayında maraqlı an yaşanıb.

Eurasia Diary-nin “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, partiyanın sədri, ölkənin birinci dövlət başçısı Nursultan Nazarbayev Kasım-Jomart Tokayevin 9 iyun prezident seçkilərində namizədliyi səsvermə nəticəsində təsdiqlənəndən sonra o, göz yaşlarını saxlaya bilməyib. 

Sabiq prezidentin kövrək anlarının lentə alındığı görüntü sürətlə sosial şəbəkələrdə yayılaraq müzakirə olunub.

Qurultay iştirakçıları tədbirin sonunda Nazarbayevə yaxınlaşaraq onunla əl-ələ görüşüb və qucaqlaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...