"Anadolu" agentliyinin ofisi İsrail hərbçilərinin hücumuna məruz qalıb.
Eurasia Diary xəbər verir ki, bu bəyanatla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter-də çıxış edib.
"Qəzza sektorunda "Anadolu" agentliyinin ofisinə hücum İsrailin işğalçılığına yeni misaldır. Günahsız insanlara qarşı bu cür hücum insanlıq əleyhinə cinayətdir", - Çavuşoğlu yazib.
Qeyd edək ki, dünən axşam İsrail qırıcıları Qəzza sektorunda 120 hədəfə zərbə endirib.