Bu gün səhər saatlarından etibarən Ermənistan Baş nazirinin çağırışı əsasında onun tərəfdarları məhkəmə binalarına giriş və çıxışları qapatmağa başlayıblar.
Eurasia Diary xəbər verir ki, artıq Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsinin girişləri qapadılıb. Xüsusilə, Robert Köçəryanı azadlığa buraxan məhkəmə qarşısına daha çox insan toplaşıb.
Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb.
Qeyd edək ki, Köçəryanın azadlığa buraxılmasından sonra Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan etmiş və 20 mayda tərəfdarlarını məhkəmələri blok etməyə çağırmışdı.
***
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib.
Eurasia Diary Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb:
"Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.
Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Köçəryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.
Koçaryanın azadlığa buraxılması üçün Qarabağ separatçılarının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan girov qoyub və zamin durublar.
Qeyd edək ki, Köçəryan 2018-ci il iyulun 27-dən həbsdə idi.