BMT 2030-a qədər aclığı bitirmək istəyir | Eurasia Diary - ednews.net

23 Oktyabr, Çərşənbə


BMT 2030-a qədər aclığı bitirmək istəyir

Dünya A- A A+

Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Beynəlxalq təşkilatlar bunu 2030-cu ilə qədər aradan qaldırmağı düşünürlər.

Eurasia Diary xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

“Bizim hədəfimiz 2030-cu ilə qədər aclığın bütün formalarına son qoymaqdır. Bütün dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir ki, bunun da 124 milyon nəfəri kəskin aclıqla üz-üzədir. Müharibələrin uzanması, yeni konfliktlərin alovlanması bizim ən böyük problemlərimizdir”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...