Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.
Eurasia Diary xəbər verir ki, türk nazir İsfahanda İranın xarici işlər naziri Cavad Zəriflə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlər, regional durum və digər məsələlər müzakirə edilib.
Türkiyənin baş diplomatının İran rəsmiləri ilə görüşü davam edəcək.