BMT QAK Qaçqınlar üzrə 1-ci Qlobal Forum keçirir

Dünya 11:00 26.06.2019

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Qaçqınlar üzrə birinci Qlobal Forumun 17-18 dekabr 2019-cu il tarixlərində Cenevrədə (İsveçrə) keçiriləcəyini bəyan edir.

Nazirlər səviyyəsində keçiriləcək tədbir Türkiyə, Almaniya, Efiopiya və Kosta-Rikanın müştərək çağırışı ilə təşkil ediləcək və tədbirin təşkilatçılığı İsveçrə ilə birgə həyata keçiriləcək. Əlavə təşkilati tədbirlər nəzərdən keçiriləcək və bu barədə müvafiq vaxtlarda ictimaiyyətə məlumatlandırılacaq. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin iştirakı gözlənilir.

On milyonlarla insanın müharibə, münaqişə və təqiblərin təsirinə məruz qaldığı bir vaxtda Qaçqınlar üzrə Qlobal Forum ölkələrin bugünkü durumu nəzərdən keçirməsi və beynəlxalq reaksiyaların gücləndirilməsi üçün fürsət olacaq. Tədbir ötən ilin dekabrında BMT-nin Baş Assambleyası ilə razılaşdırılmış Qaçqınlar haqqında yeni qlobal sazişin qəbulundan sonra keçirilir və onun icrasının tərkib hissəsidir.

Qaçqınlar haqqında Qlobal Saziş (vəzifələrin bərabər bölgüsü və məsuliyyətin paylaşılması prinsipinə uyğun olaraq) qaçqınları qəbul edən ölkələrə və icmalara daha güclü dəstək verməklə və eyni zamanda qaçqınları öz maddi təminatlarını yaxşılaşdırmağa imkan yaradan vasitələrlə təmin etməklə qaçqınlıq hallarına qlobal reaksiyaların təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd həmçinin ən müdafiəsiz durumda olan qaçqınların köçürülə biləcəyi yerlərin sayının və onların təhlükəsiz üçüncü ölkələrdə qəbul edilməsinin digər hüquqi yollarının artırılması və qaçqınların mənşə ölkələrində şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.

Qaçqınlar üzrə Qlobal Forum dövlətlərin və digər subyektlərin bir araya gəlməsi və qaçqın qəbul edən ölkələrin üzərinə düşən yükün azaldılması, qaçqınların öz maddi təminatlarını qarşılaya bilmələrinə dəstək göstərilməsi və müvafiq həll yollarının axtarılması üçün yeni, cəsarətli tədbirlərin görülməsi üçün unikal fürsətdir.

Forum hökumətləri, beynəlxalq təşkilatları, yerli hakimiyyət orqanlarını, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaların üzvlərini və qaçqınların özlərini bir araya gətirəcək. Forum zamanı və ondan sonra yuxarıdakı məqsədlərə nail olmağa yönələn yeni töhfələrin və təkliflərin veriləcəyi gözlənilir.

Qaçqınlar haqqında Qlobal Saziş qaçqın qəbul edən ölkələrin və icmaların vaxtında təqdim edilən, proqnozlaşdırıla bilən və dayanıqlı dəstək alması üçün əsas təşkil edir. O, qəbul edən ölkələrin, davamlı humanitar yardımlarla yanaşı və onlara əlavə olaraq, inkişaf məqsədləri üçün əlavə əməkdaşlıqdan yararlanmalarına imkan verir. Saziş həm də başlıca diqqətin həll yollarının tapılmasına yönəldilməsini təmin edir.

"Qaçqınlıq situasiyaları bütövlükdə regionlara və kənar ərazilərə təsir göstərir. Didərginlik problemləri təkbaşına həll edilə bilməz və bütün ölkələr arasında həmin problemlərlə bağlı vahid baxış və istəklərin olması, real və konkret addımların atılması tələb olunur. Bu, Qaçqınlar haqqında Qlobal Sazişin məqsədidir və Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində biz bu istiqamətdə işləyəcəyik", BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Forum həm də dövlətlərə və digər subyektlərə istər konkret qaçqınlıq situasiyalarında, istərsə də qlobal səviyyədə müsbət təcrübələrini nümayiş etdirmək imkanı yaradır. Bu təcrübələr hərtərəfli reaksiyaların dünyanın bir çox bölgələrində qaçqınların və yerli icmaların həyatını artıq necə dəyişdiyini əyani şəkildə nümayiş etdirir. Onlar həm də beynəlxalq birliyi gələcəkdə Qlobal Sazişin inkişafına təkan verəcək təsirli töhfələrini hazırlamağa ruhlandırmaq üçün önəmlidir.

Qaçqınlar üzrə birinci Qlobal Forumun diqqət mərkəzində aşağıdakı altı sahə duracaq: vəzifə və məsuliyyətlərin bölüşdürülməsi mexanizmləri; təhsil; iş və dolanışıq vasitələri; enerji və infrastruktur; həll yolları; və himayə imkanları.

Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO

Xəbər xətti

Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Hamısı