Merkeli rəsmi görüşdə yenə əsməcə tutdu - VİDEO | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkeli rəsmi görüşdə yenə əsməcə tutdu - VİDEO

Dünya A- A A+

Almaniya kansleri Angela Merkel ikinci dəfə rəsmi görüşdə özünü pis edib.

Eurasia Diary “Röyter”ə istinadən xəbər verir ki, Merkeli Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüş zamanı güclü əsməcə tutub.

Özünü pis hiss edən kanslerə su təklif ediblər, lakin Merkel imtina edib.

Sonradan Merkelin mətbuat katibi bildirib ki, onun səhhətində heç bir problem yoxdur və yaxın vaxtlarda kansler Osakaya G20 sammitinə yola düşəcək.

Xatırladaq ki, iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı da Merkeli güclü əsməcə tutmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...