“Qaşıqçı cinayətinə görə Səudiyyədən əl çəkməyəcəyik” BMT-nin təhqiqatçısı

Dünya 12:40 03.07.2019

Jurnalist Camal Qaşıqçı cinayətini araşdıran Birləşmiş Millətlər Təşkilatının xüsusi təhqiqatçısı Agnes Kallamard son durum barədə şərh verib.

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, A.Kallamard “Birləşmiş Millətlər Qaşıqçı cinayətində atılmalı addımlar məsələsində iflic olmuş vəziyyətdədir” deyib. Cinayətin ən azı 48 saat öncədən planlaşdırıldığı, cinayəti həyata keçirən səudiyyəli yetkililərin isə ölkələrindən təqdim edilən qaynaqlarla Türkiyəyə gəldiyini qeyd edərək, "Türkiyəyə özəl təyyarə ilə gəlib, diplomatik pasportla giriblər. Cinayəti gerçəkləşdirən kimi, bütün dəlilləri yox etməyə çalışıblar” deyib. 

Vaşinqtonda yerləşən Brukinqs İnstitutuna açıqlama verən A.Kallamard sözügedən cinayətin iddia edildiyi kimi, “şəxsi” səbəblərin əksinə, Səudiyyə Ərəbistan rəhbərliyinin birbaşa məlumatı və təlimatı əsasında həyata keçirildiyini, bu sahədə də bir çox dəlilin mövcud olduğunu dedi.

Kallamard eyni zamanda bildirib ki, səudiyyəli vəliəhd şahzadə Məhəmməd bin Salmanın cinayətlə birbaşa əlaqəsi olsa da, bu məsələdə birbaşa Səudiyyə rəhbərliyinə fokuslanmaq önəmlidir: “Səudiyyə vəliəhdi şahzadənin cinayətlə birbaşa əlaqəsi var, amma sənəddə sadəcə buna fokuslanmadım. Əsas məsələ fərdlərdən daha çox Səudiyyə hökumətinin bunun arxasında olmasıdır. Ölkədəki siyasi və aktivistlərin həbs olunduğunu gözümüzün qabağına gətirəndə, bu, daha vacibdir”.

Kallamard bir çox ölkənin sözügedən cinayətə lazımi qədər önəm vermədiyini deyib: "Birləşmiş Millətlər sözügedən cinayətlə bağlı atılmalı addımlar məsələsində iflic olmuş vəziyyətdədir. Sənədi təqdim etdiyim zamanlarda İranla gərginlik başladı. Təbii ki, Qaşıqçı cinayətinin üstünə getmək də çətinləşdi. Bir çox ölkə cinayətə dair heç bir şey etmədi və heç yaşanmamış kimi yoluna davam etmək istədi. Bu cinayət heç bir yerə getməyəcək. Qəzetçilər, fərdlər və mən bundan əl çəkməyəcəyik. Səudiyyə rəhbərliyinin bundan canını qurtarmasına icazə verməyəcəyik”.

Səudiyyə Ərəbistanı hakimiyyətinin onlara müxalif olan xaricdəki Səudiyyə vətəndaşlarını casus proqrqmlardan istifadə edərək təqib etdiyini bildirən Kallamard eyni zamanda texnologiya firmalarına da çağırış edib. Həmin çağırışda sözügedən proqramların Səudiyyə Ərəbistanına satışını dayandırmaları istənilib: “Səudiyyə rəhbərliyi bu proqramlar üzərindən onlara müxalif olan siyasi, fəal və qəzetçi vətəndaşlarını təqib edir. Bu proqramların qadağan edilməsi başqa cinayətlərin yaşanmasının qarşısını ala bilər”.

Musavat.com xatırladır ki, səudiyyəli jurnalist Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülmüş, cinayətin ardınca ABŞ rəhbərliyi vəliəhd şahzadə Məhəmməd bin Salmanın cinayətdə əlinin olmadığını demişdi.

Qaşıqçı cinayəti ilə bağlı aylardır beynəlxalq istintaq aparan Kallamard əldə etdiyi dəlil və tövsiyələrdən ibarət sənədi keçən həftə açıqlamışdı. Sənədlə bağlı açıqlama verən Kallamard aşağıdakıları deyib: “Qaşıqçının öldürülməsi beynəlxalq bir cinayətdən daha artığıdır. Cinayətdə silsilə beynəlxalq hüquq normaları heçə sayılıb. Cinayət beynəlxalq münasibətlərə böyük zərər verdi, buna görə də bütün dünya ölkələrinin, eləcə də Birləşmiş Millətlərin bu cinayətə ciddi yanaşması vacibdir”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı