Bu günlərdə erməniu mediası Osmanlı imperiyasında türk, fransız, rum dili ilə yanaşı, erməni dilində yazılan Osmanlı pulunun mövcudluğuna diqqət çəkib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, məlum fakt Osmanlı imperiyasında erməni əhalisinə verilən diqqət və önəmin nümunəsi kimi şərh edilib. Düşmən mediası vurğulayıb ki, bu fakt Osmanlı imperiyasında ermənilərin həm sayının, həm də mövqeyini nə qədər mühüm olduğunu göstərir.
Məsələ bundadır ki, ermənilərin fəxrlə ortaya çıxardıqları bu fakt mahiyyət etibari ilə Osmanlı imperiyasında ermənilərin zülm və məşəqqətə məruz qalması, onlara qarşı soyqırım törədilməsi faktını təkzib edir. Ermənilərin öz təbirincə desək, Osmanlı imperiyasında pulun üzərində bir sıra dillərlə yanaşı, erməni dilində qeydlərin olması imperiyanın çoxsaylı xalqlarından biri kimi ermənilərə verdiyi önəmi göstərir. Bu isə o deməkdir ki, erməni dilində pul buraxan, onları bu şəkildə şərəfləndirən Osmanlı imperiyasının bir yandan da ermənilərə təzyiq göstərməsi, onları sıxışdırması məntiqli deyil və bu barədə deyilənlər absurddur. Çünki bu günə qədər tarixdə hər hansı bir dövlətin dilini pulunda əks etdirdiyi bir xalqa divan tutması faktına rast gəlinməyib və bu, adi məntiqə ziddir.
Odur ki, Osmanlı pulunda erməni dilində qeydlərin mövcudluğu ilə bağlı aşkarlanan bu fakt ermənilərin soyqırımla bağlı səsləndirdiyi bütün iddiaların əsassız olduğunu, Osmanlı imperiyasında ermənilərin türklərlə bərabər hüquq və azadlıqlara sahib olduğunu göstərir.