Türkiyədə Apellyasiya Məhkəməsi, Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulun 15-də dövlət çevrilişi təşəbbüsü zamanı 34 nəfərin şəhid olduğu 15 iyul Şəhidlər Körpüsü (Boğaziçi) hadisələrinə dair iş üzrə qərarını açıqlayıb.
Eurasia Diary xəbər verir ki, Türk xəbər portalı "Takvim"in yaydığı xəbərə görə, Apellyasiya Məhkəməsi polkovnik-leytenant Turqay Ödəmişin də aralarında olduğu 99 nəfər haqqında hökm, 1 leytnant və 43 əsgərin isə bəraət qərarını qüvvədə saxlayıb.