NATO-nun məxfi sənədi üzə çıxdı - ABŞ-ın Avropadakı nüvə bazaları... | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


NATO-nun məxfi sənədi üzə çıxdı - ABŞ-ın Avropadakı nüvə bazaları...

Dünya A- A A+

ABŞ-ın Avropa ölkələrində yerləşdirdiyi nüvə bombaları haqda məxfi sənəd internetdə yayılıb.

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, sənədə əsasən, Avropada 150 nüvə bombası yerləşir.

NATO Parlament Assambelyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü Cozef Dey öz hesabatında təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqlayıb.

“Nüvə qarşıdrumasının yeni erası? Müttəfiq qüvvələrinin modernləşməsi, silahlara nəzarət və nüvə qüvvələri” adını almış hesabatda ABŞ-ın 6 Avropa ölkəsindəki hərbi bazarında – Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Hollandiyada “Volkel” və Türkiyədəki “İncirlik” yerləşdirilib.

Sənəd ümumilikdə, Avropada 150 nüvə bombasının, o cümlədən B61 bombalarının yerləşdirdiyi məlumdur.

Sənəd internetdən silinsə də, Belçikanın “De Morgen” qəzeti sənədin sürətini yenidən taparaq yayımlayıb. Jurnalistlərin fikrincə, NATO faktiki olaraq, hərbi sirrini açıqlamış olub.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...