Zelenskiyə Krımı Rusiyadan satın almaq təklif olundu | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Zelenskiyə Krımı Rusiyadan satın almaq təklif olundu

Dünya A- A A+

Ukraynalılar Prezident Vladimir Zelenskiyə Krım və Donbassı Rusiyadan satın almağı təklif ediblər.

Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq petisiya dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Təşəbbüsün müəllifi Zelenskiyə bu bölgələr üçün Moskva ilə qiyməti müzakirə etməyi təklif edib. O bildirib ki, ukraynalılar prezidentdən cəsarətli qərar gözləyirlər. Bundan əlavə qeyd edib ki,  Zelenski Krım və Donbassın geri qaytarılması üçün bu üsulu görməməzlikdən gəlməsin.

Xatırladaq ki, Krım, eləcə də Donetsklə Luqansk 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyindən sonra Ukraynanın tərkibindən çıxıb. Bundan sonra Donbassda indiyə qədər davam edən münaqişə başlayıb. Yarımada referendum əsasında Rusiyanın bir hissəsi olub. Rəsmi Kiyev bu ərazilərin statusunu tanımır və hesab edir ki, Moskva baş verən hadisələrə görə məsuliyyət daşıyır. Rusiya tərəfi isə ittihamları qəbul etmir. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...