Türkiyənin Van vilayətində qaçqınların olduğu mikroavtobus qəzaya uğrayıb.
Eurasia Diary "redaktor.az" istinadla xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər həyatını itirib. Çox sayda yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib.
Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələlik məlum deyil. Əraziyə çox sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.