Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb

Dünya A- A A+

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

Eurasia Diary-nin məlumatına görə, artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb.

İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir 11,5% səslə.

Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...