BMT-nin baş katibi Hörmüz boğazında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


BMT-nin baş katibi Hörmüz boğazında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb

Dünya A- A A+

BMT-nin baş katibi Antoniu Quterreş tərəfləri Hörmüz boğazında təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.

Eurasia Diary-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Farhan Hak deyib.

F.Hak bildirib: "Baş katib Hörmüz boğazında gəmilərin ələ keçirilməsi barədə bu yaxınlarda yayılan yayılan məlumatlardan çox narahatdır".

Onun sözlərinə görə, baş katib hüquqlara hörmət etməyə və Hörmüz boğazından naviqasiyanın həyata keçirilməsində öhdəlikləri yerinə yetirməyə çağırıb: "Baş katib hamını maksimum təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verən hərəkətlərdən çəkinməyə çağırıb".(trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...