ABŞ-ın yeni silahı - ilk dəfə İrana qarşı tətbiq edildi | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


ABŞ-ın yeni silahı - ilk dəfə İrana qarşı tətbiq edildi

Dünya A- A A+
ABŞ donanması PUA-lara qarşı yaradılmış yeni müdafiə sistemi ilə İrana aid PUA-nı sıradan çıxarıb.
 
Bu barədə "Military.com” nəşri yazıb.
 
Məlumata görə, yeni yaradılmış MRZR LMADİS sistemi minlərlə metr uzaqlıqdan İran PUA-sının siqnallarını qarışdıraraq onu sıradan çıxara bilib. Sözügedən sistem ABŞ ordusu tərəfindən ilk dəfə tətbiq edilib.
 
İdarəetmə və sensoz modulları olmaqla iki hissədən ibarət sistemin radar sensorları, kameralar, radiotezlik detektorları ilə müəyyən etmək və uzaq məsafədən aparatın siqnallarını qarışdıraraq sıradan çıxarmaq potensialı var. Sistem ABŞ ordusu tərəfindən quruda və dənizdə test edilib.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüzdə 900 metr məsafəyə qədər yaxınlaşdığı üçün ABŞ gəmisinin İran PUA-sını məhv etməyə məcbur olduğunu bildirmişdi.
 
İran isə dronunun vurulmadığını, əksinə ABŞ gəmisinə yaxınlaşan PUA-nın çəkdiyi görüntüləri paylaşmışdı/Axar.az.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...