İraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərində restoranların birində Türkiyə Baş Konsulluğunun əməkdaşı Osman Kösenin terroçular tərəfindən güllələnməsini əks etdirən video yayılıb.
Eurasia Diary haberler.com saytına istinadən xəbər verir ki, görüntülərdə silahlı şəxslərin diplomata yaxınlaşması və onu silahla qətlə yetirməsi anbaan kameralara düşüb. Həmin videonu təqdim edirik: